» » 10 hektarlıq Sənaye Məhəlləsi yaradılır- Sərəncam

10 hektarlıq Sənaye Məhəlləsi yaradılır- Sərəncam

Bölmə: BLOK XƏBƏR, MANŞET
10 hektarlıq Sənaye Məhəlləsi yaradılır- Sərəncam
Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.


“qafqazinfo”nun məlumatına görə, sənədə əsasən, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi yaradılır.

Sərəncamda bildirilir ki, kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır.

Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün 10 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, eləcə də sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi isə Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməli, Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli, həmçinin sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler