» » İran ABŞ-dan qisas alacağına söz verdi

İran ABŞ-dan qisas alacağına söz verdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
İran ABŞ-dan qisas alacağına söz verdi




İranın ali dini lideri Ayətullah Əli Xamenei İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. “Xalqinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

“Əllərində onun (Süleymaninin -red.) və digər şəhidlərin qanı olanları sərt qisas gözləyir”, – Xameneinin açıqlamasında deyilir.

Bundan başqa, İranın ali dini lideri generalın öldürülməsi səbəbindən ölkədə üç günlük matəm elan edib.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler