» » Vilayət Eyvazov tapşırıq verdi

Vilayət Eyvazov tapşırıq verdi

Bölmə: MANŞET
Vilayət Eyvazov tapşırıq verdi





Daxili işlər naziri, polis general-leytenantı Vilayət Eyvazov iyunun 22-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

DİN-dən “Xalqinfo”ya verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən 22 sakini ilə görüşən Daxili İşlər naziri onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti baş idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

REKLAM

www.lexus.az

Daha ətraflı

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Digərləri də baxılaraq zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müvafiq göstərişlər verilməklə icraya yönəldilib.

Qəbulda iştirak edənlər polis general-leytenantı Vilayət Eyvazovu Daxili İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler