Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyirSon günlər mediada jurnalistlər üçün tikilən binaya göz dikənlərlə bağlı silsilə yazılar yayımlanır. Bir sıra dövlət qulluqçuları, vəzifəsi olan şəxslərin müftə mənzil istəyi tənqid olunur. “Xalqinfo” Komanda.az-a istinadən xəbər verir ki, onların sırasına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da qoşulub. Məmmədova mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edib. Tələb olunan sənədləri artıq KİVDF-yə təqdim edən nazirlik sözçüsü Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binada mənzil alacağına ümidlidi. Məsələ ilə bağlı Səmayə Məmmədovanın reaksiyası sərt olub: “Sizə nə? Nazirliklə bağlı suallarınız varsa, buyurun. Məni işdən kənar suallarla narahat etməyin”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|