Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
18-04-2025, 10:22. Yerləşdirdi: Tural

Doqquzuncu Arbitraj Məhkəməsi Rusiya Sənaye və Ticarət Nazirliyi ilə dərman istehsalçısı arasında mübahisəyə baxaraq belə nəticəyə gəlib ki, Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı yaradıb.
Xalqinfo.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
Məhkəmə qərarında qeyd olunur ki, Afotid dərmanı artıq xərçəngin müalicəsində istifadə olunur. Dərmanın təhlükəsizliyi də sübut olunub. Məhkəmə klinik sınaqların yeddi klinik mərkəzdə aparılmasına icazə verildiyini vurğulayıb.
Ətraflı
"Lina M" (Korolev) MMC-yə qarşı iddiasında nazirlik 2014-cü ildə elmi-tədqiqat işlərinin aparılması üçün 150 milyon rubl dəyərində dövlət müqaviləsinə xitam verilməsini tələb edib.
Geri qayıt