DataLife Engine > Xəbər, Siyasət > Əliyevdən Ərdoğana eyhamlı və möhtəşəm dəvət!

Əliyevdən Ərdoğana eyhamlı və möhtəşəm dəvət!


29-04-2023, 14:29. Yerləşdirdi: Tural Əliyevdən Ərdoğana eyhamlı və möhtəşəm dəvət!




Mən bu il 3-cü dəfədir ki, qardaş Türkiyəyə səfər edirəm.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən “Texnofest-2023” festivalında çıxış edən Prezident İlham Əliyev deyib.

O qeyd edib ki, fevral, mart aylarında Türkiyədə olub və hazırda da buradadır.

Prezident Əliyev Türkiyə lideri Ərdoğana müraciət edərək bildirib:

“Əziz qardaşım, sıra sizdə! Bütün Azərbaycan xalqı sizi gözləyir, sizi öpür-qucaqlayır, sizə öz sayğı-sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir”.

Qeyd edək ki, Türkiyə və Azərbaycanda artıq uzun illərdir formalaşan ənənə mövcuddur. Belə ki, Azərbaycanda seçkidən qalib çıxan lider ilk səfərini Türkiyəyə, Türkiyədən qalib çıxan lider isə ilk səfərini Azərbaycana edir.
Geri qayıt