DataLife Engine > Xəbər > Polşa Saakaşvilinin müayinəsi üçün həkimləri göndərməyə hazırdır

Polşa Saakaşvilinin müayinəsi üçün həkimləri göndərməyə hazırdır


13-03-2023, 19:32. Yerləşdirdi: Tural  Polşa Saakaşvilinin müayinəsi üçün həkimləri göndərməyə hazırdır




Polşa hökumətinin sözçüsü Piotr Müller ölkə adından Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini müayinə etmək üçün tibb işçilərini göndərməyə hazır olduğunu bildirib.

“Xalqinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Humanitar tibb qrupu Gürcüstana getməyə və yerində müvafiq müayinələr aparmağa hazırdır”, - Müller deyib.


Onun sözlərinə görə, indi Polşa Gürcüstan tərəfinin razılığını gözləyir:

“Gürcüstan hakimiyyətinin özlərini qınamaq üçün heç bir səbəbi yoxdursa, belə razılıq veriləcək”.

O, Saakaşviliyə tibbi yardım məsələsinin beynəlxalq ictimaiyyətdə narahatlıq və şübhələr yaratdığını qeyd edib.


Geri qayıt