DataLife Engine > Xəbər > Azər Namazov işdən çıxarılıb

Azər Namazov işdən çıxarılıb


30-01-2023, 15:41. Yerləşdirdi: Zulfiyye Azər Namazov işdən çıxarılıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Azər Namazovun dövlət qulluğuna xitam verilib.

Xalqinfo.az-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, Azər Namazovun İdarə rəisi kimi tarixi mədəniyyət abidələrinin qorunması sahəsindəki fəaliyyətində yol verdiyi nöqsanlara görə dövlət qulluğunda fəaliyyətinin müddəti uzadılmayıb və tutduğu vəzifədən azad edilib.
Geri qayıt