DataLife Engine > Xəbər > Sabah qar yağacaq, yollar buz bağlayacaq

Sabah qar yağacaq, yollar buz bağlayacaq


30-01-2023, 14:58. Yerləşdirdi: Tural Sabah qar yağacaq, yollar buz bağlayacaq




Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Xalqinfo.az-a verilən məlumata görə, gecə və səhər duman. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Geri qayıt