DataLife Engine > Xəbər > Bakıda DƏHŞƏT:

Bakıda DƏHŞƏT:


28-01-2023, 14:46. Yerləşdirdi: Zulfiyye Bakıda DƏHŞƏT:

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.

Xalqinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib.


Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub.

Məlumata görə, intihara cəhd edən F.Quliyeva 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.

Hazırda faktla bağlı araşdırma aparılır.
Geri qayıt