DataLife Engine > Xəbər, MANŞET > Deputat arayışın qiymətinin yüksək olmasından şikayətləndi

Deputat arayışın qiymətinin yüksək olmasından şikayətləndi


25-01-2023, 13:25. Yerləşdirdi: Zulfiyye Deputat arayışın qiymətinin yüksək olmasından şikayətləndi

"Azərbaycanda keçən il üçün 2021-ci ilə nisbətən dializə gedən xəstələrin sayı 13 % artıb".

"Xalqinfo" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahımqızı deyib.


Deputat bildirib ki, bu məsələni araşdırmaq lazımdır: “Çünki 13 % eləcə də kiçik rəqəm deyil”.

M.İbrahimqızı eyni zamanda sağlamlıq haqqında arayışın qiymətinin yüksək olmasından da şikayətlənib.

"Sağlamlıq arayışının qiyməti 41 manatdır. Biz hər hansı seçicimizi işə düzəldəndə bu arayışın qiymətinin yuxarı olduğunu müşahidə edirik. Məsələn, xadimə işinə qəbul olan şəxs üçün bu məbləğ aylıq ödənişinə bərabərdir. Ona görə də bu məsələ üzərində işləməliyik, 41 manat o qədər az məbləğ deyil".
Geri qayıt