DataLife Engine > Xəbər > Partlayışda ölən polis əməkdaşı imiş

Partlayışda ölən polis əməkdaşı imiş


2-01-2023, 18:58. Yerləşdirdi: Tural Partlayışda ölən polis əməkdaşı imiş

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub.

Daxili İşlər Nazirliyindən Xalqinfo.az-a verilən məlumata görə, partlayışda həyatını itirən şəxs polis nəfəri Məhəmməd Babayev olub. O polis bölmələrindən birində sürücü vəzifəsində xidmət edib.

Qeyd edək ki, hadisə onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən mənzildə baş verib. İlkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.

Geri qayıt