DataLife Engine > Xəbər > Ərdoğan Putinlə danışdı

Ərdoğan Putinlə danışdı


18-11-2022, 18:15. Yerləşdirdi: Tural
Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Xalqinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, söhbət zamanı Prezidentlər Türkiyə-Rusiya münasibətləri və taxıl dəhlizi məsələlərini müzakirə ediblər.

Bununla yanaşı, tərəflər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Ərdoğan, həmçinin “taxıl sazişi”nin müddətinin 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə Putinə təşəkkür edib.
Geri qayıt