Bakıda 34 yaşlı qadını avtomobil vurub
8-02-2022, 08:37. Yerləşdirdi: Tural
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Hacıyeva Sevinc Azər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.
Geri qayıt