DataLife Engine > Xəbər, Mədəniyyət, BLOK XƏBƏR > "Xalq artistinin məzar daşı üçün vəsait nəzərdə tutulmayıb" - Mədəniyyət Nazirliyi

"Xalq artistinin məzar daşı üçün vəsait nəzərdə tutulmayıb" - Mədəniyyət Nazirliyi


1-07-2021, 18:20. Yerləşdirdi: Tural "Xalq artistinin məzar daşı üçün vəsait nəzərdə tutulmayıb" - Mədəniyyət Nazirliyi
Mərhum xalq artisti Yalçın Rzazadənin məzar daşı 4 ay keçməsinə baxmayaraq hələ də hazırlanmayıb.

Mədəniyyət Nazirliyində İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryam Qafarzadə Unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, xalq artisti Yalçın Rzazadənin məzar daşının hazırlanması üçün Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.
Geri qayıt