DataLife Engine > Xəbər > Evdən 130 min manat aparan maskalılar tutuldu

Evdən 130 min manat aparan maskalılar tutuldu


8-12-2014, 10:42. Yerləşdirdi: Esi Evdən 130 min manat aparan maskalılar tutulduDekabrın 6-da Quba rayon sakini Boris Simanduyevin evinə basqın edən qruplaşmanın iki üzvü polis tərəfindən saxlanılıb.

apa-nın yerli bürosunun məlumatına görə, basqınçılardan bir qadın və bir kişi Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində tutulub. Basqında iştirak edən digər şəxslərin tapılıb istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 6-da B. Simanduyevə məxsus evə basqın edənlər onu döyüb, bacısını isə bıçaqlayıblar.

Yaşayış evindən onun özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları aparılıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, B. Simanduyev ötən il aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Geri qayıt