DataLife Engine > Xəbər > Bakı metrosunda ilk -

Bakı metrosunda ilk -


13-04-2019, 11:32. Yerləşdirdi: Tural Bakı metrosunda ilk -



Bakı metropoliteni tarixində ilk qadın maşinist işə götürülüb.

Xalqinfo.az xəbər verir ki, metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

10-dan artıq qadın müraciət etsə də, onların arasından yalnız biri - Günay Həbibli seçilib və Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən Günay Həbibli buna qədər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.
Geri qayıt