DataLife Engine > Xəbər > “Xocalıdan olan bəzi gənclər hələ də evsizdir”

“Xocalıdan olan bəzi gənclər hələ də evsizdir”


19-11-2014, 17:34. Yerləşdirdi: Esi “Xocalıdan olan bəzi gənclər hələ də evsizdir”"Bu gün Xocalı ilə bağlı süjetlər göstərilir və 25 nəfər uşaq var ki, onlar valideynlərindən ayrı düşüb. Həmin uşaqlardan 14-ü evlə təmin olunub, 15-16 nəfər isə evsizdir".

Xalqinfo.az qafqazinfo -ya istinadn xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı, büdcə layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bununla bağlı dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondu, onun prezidenti Mehriban Əliyeva, parlament böyük işlər görür: “Bu məsələdə böyük çətinliklər yaşayanlardan biri də Xocalı sakinləridir. Bu gün Xocalı ilə bağlı süjetlər göstərilir və 25 nəfər uşaq var ki, onlar valideynlərindən ayrı düşüb. Həmin uşaqlardan 14-ü evlə təmin olunub, 15-16 nəfər isə evsizdir. Çox istərdik ki, onlar da evlə təmin olunsun”.
Geri qayıt