DataLife Engine > Xəbər, Kriminal, BLOK XƏBƏR, MANŞET > Şirkət avtomobili ağır qəzaya düşdü - Ölən və yaralanan var

Şirkət avtomobili ağır qəzaya düşdü - Ölən və yaralanan var


19-11-2017, 11:43. Yerləşdirdi: sefa Şirkət avtomobili ağır qəzaya düşdü - Ölən və yaralanan var
Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

“Xalqinfo” APA-ya istinadən xəbər verir ki, qəza Ələt-Astara magistralının Salyan rayonunun Yenikənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

“Evrascon” ASC-yə məxsus minik avtomobilinin beton dirəyə çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb, Biləsuvar sakini, 1993-cü il təvəllüdlü Həsənov İmaməli Xeyrulla oğlu isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt