DataLife Engine > Xəbər, BLOK XƏBƏR > Prezident Xırdalana gedib

Prezident Xırdalana gedib


16-11-2017, 10:43. Yerləşdirdi: sefa Prezident Xırdalana gedib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gəlib.

"Xalqinfo" AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

***

Prezident İlham Əliyev Xırdalanda Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.


Geri qayıt