DataLife Engine > Xəbər, Sosial, Idman > Neftçilər prospektindəki qatar relsləri sökülür -

Neftçilər prospektindəki qatar relsləri sökülür -


5-01-2017, 05:52. Yerləşdirdi: sefa Neftçilər prospektindəki qatar relsləri sökülür -

Bakının Neftçilər prospektindəki qatar relslərinin ləğvinə başlanılıb.

Xalqinfo.az Musavat.com-a istinadən xəbər verir ki, artıq relslərdən biri sökülüb, hazırda yerinə asfalt vurulur.

Azəravtoyol ASC-dən verilən məlumata görə, relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür. Yaxın vaxtlarda Neftçilər prospektində qatar relsi qalmayacaq. Tıxaclara səbəb olmaması üçün söküntü işləri istirahət günləri aparılır. Növbəti istirahət günlərində qalan relslər də söküləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Neftçilər prospektində qatarın avtomobil yoluna çıxması, avtomobil sürücülərinin isə özlərini təhlükəyə atmasını əks etdirən video sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş, video xarici ölkə KİV-lərinə qədər gedib çıxmışdı. Bu yerdə bir müddət əvvəl ağır yol qəzası da baş vermişdi.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt