DataLife Engine > Xəbər > Dilqəm doğma kəndində-

Dilqəm doğma kəndində-


21-07-2014, 18:31. Yerləşdirdi: Tural Dilqəm doğma kəndində-
Yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülmüş Dilqəm Əsgərov kəndlərinin fonunda şəkil çəkdirib.

ANS PRESS-ə tanınmış astroloq Səbuhi Rəhimli tərəfindən təqdim edilən şəkillər 1998-ci ildə çəkilib. Şəkillərdən açıqca görünür ki, Dilqəm doğma kəndinə yalnız ov tüfəngi ilə gedib.

Şəkillərin birində doğma kəndini göstərən Dilqəm sanki Azərbaycanın bütün məcburi köçkünlərinə özünəməxsus bir “İntifada” (silahsız müqavimət) yolu göstərir. Sanki “Qorxmayın, vətən yolunuzu gözləyir” deyir.

Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov iyulun 11-də Kəlbəcərdə girov düşüblər. Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir.
Dilqəm doğma kəndində-
Dilqəm doğma kəndində-
Dilqəm doğma kəndində-
Dilqəm doğma kəndində-
Geri qayıt