DataLife Engine > Xəbər > Təyyarəni vuranların səs yazısı yayıldı -

Təyyarəni vuranların səs yazısı yayıldı -


18-07-2014, 16:37. Yerləşdirdi: Tural Təyyarəni vuranların səs yazısı yayıldı -
Ukrayna Təhlükəsizlik Xidməti Malayziya təyyarəsinin Ukraynada qəzaya uğraması ilə bağlı yeni şok effekti yaradacaq səs yazısı yayımlayıb.

Axar.az xəbər verir ki, səs yazısında terrorçular bir-biri və Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki ilə danışırlar. Səs yazısının ilk saniyələrində "Bes" kimi tanınan Donbas terrorçusu ilə təyyarənin qəzaya uğradığı məkandan danışıqlar gedir, hava texnikasının, əvvəlcədən deyildiyi kimi, "An 62" tipli təyyarə deyil, nəhəng tutumlu “Boinq” olduğu vurğulanır. Daha sonra deyilir ki, ətraf parça-parça olmuş insan cəsədləri ilə doludur. Videodan açıq sezilir ki, bu hadisəni terrorçular törədiblər, lakin təyyarənin mülki olduğundan xəbərsiz olublar. Videonun sonunda isə ümumiyyətlə hadisəyə etinasız yanaşılır və danışıqlarda buranın müharibə bölgəsi olduğu, hava məkanında hərəkət edən hər bir texnikanın təhlükəsizliyinə zəmanət verməyin mümkünsüzlüyü vurğulanır.

Qeyd edək ki, Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması nəticəsində 295 sərnişinin hamısı həlak olub.



Geri qayıt