DataLife Engine > Xəbər, Şou > "Kara sevda"ya çəkildiyi üçün 8 illik sevgi bitdi

"Kara sevda"ya çəkildiyi üçün 8 illik sevgi bitdi


29-10-2016, 16:17. Yerləşdirdi: sefa "Kara sevda"ya çəkildiyi üçün 8 illik sevgi bitdi

Aktrisa Songül Öden və aktyor Kerem Alışıkın 8 illik münasibətlərini bitirməsi maqazin kulislərində söz-söhbətə səbəb olub.

Xalqİnfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onların ayrılmasına səbəb kimi iki ildir Songülün israrla evlilik tələb etməsi olub. Cütlük bu müddətdə kamera qarşısına çıxsalar da, münasibətləri o qədər də xoş olmayıb. Uzun illər birlikdə yaşayan cütlük artıq evlərini də ayırıblar.

"Kara Sevda"da çəkilən K.Alışıkın bu serialda rol alması da Songülün ürəyincə deyilmiş. Cütlüyün yaxın dostları deyir ki, aktrisa buna etiraz etsə də, Kerem sevgilisini dinləməyib. Hətta onun serial heyətindən biri ilə gizli sevgi yaşadığı deyilir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt