DataLife Engine > Xəbər, Mədəniyyət, BLOK XƏBƏR > Sayad Rəfiyev Məktəbdə Muzey yaradıb-

Sayad Rəfiyev Məktəbdə Muzey yaradıb-


8-05-2014, 13:46. Yerləşdirdi: Tural Sayad Rəfiyev Məktəbdə Muzey yaradıb-
Sayad Rəfiyev Məktəbdə Muzey yaradıb
99 saylı məktəbdə Tarixi Diyarşünaslıq Muzeyi...
Xalqinfo.az xəbər portalı orta ümumtəhsil məktəblərində vətənpərvərlik, milli və mənəvi dəyərlərin təbliği, maddi mədəniyyət abidələrinin öyrənilməsi təbliği istiqamətindəki fəaliyyətini davam etdirir. Məlumdur ki, xalqımız qədim tarixə malik mədəniyyət və incəsənət nümunələri ilə zəngindir. Müharibə şəraitində olan Azərbaycanımız üçün tariximizin öyrənilməsi, incəsənət əsərlərinin toplanması günün vacib işlərindən olmalıdır. Yeni nəsli hərtəfli biliklərlə zəngin etmək üçün mütləqdir ki, orta ümumtəhsil məktəblərində şagirdlərdə ruh yüksəkliyini artıraq, tariximizi, incəsənətimizi dərindən öyrədək ki, şagirdlər azərbaycanlı olmaqları ilə qürur duysunlar. Xalqinfo.az olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi 99 saylı məktəbdə olduq. Məktəbin tarix müəllimi Sayad Rəfiyevlə söhbətləşdik. Sayad müəllim ixtisasını mükəmməl bilən müəllimdir. Sayad müəllim Qərbi Azərbaycanın Arçud kəndində doğulub, orta məktəbi də orada bitirib və bir neçə il Arçud məktəbində dərs də deyib. Sonra tale onu 99 saylı məktəb gətirib. Uzun illərdir ki, 99 saylı məktəbdə baş müəllim olaraq tarix fənnini tədris edir. Sayad müəllim gözəl insan, səriştəli pedaqoq, xalqını sevən vətənpərvər ziyalılarımızdandır. Sayad müəllim incəsənətimizə çox bağlı olan pedaqoqdur. O, çalışdığı 99 saylı məktəbdə Tarix Diyarşünaslıq Muzeyi yaradıb. Yaratdığı muzeylə bizi də tanış etdi. Muzeydə yüzlərlə eksponatlar yer alıb. Sayad müəlim onların hər birini el-el, oba-oba axtararaq yığıb. Muzeydə dulsuçuluğa aid eksponatlar, xanlıqlar dövrünə aid sikkələr, istiqrazlar, əskinaslar, gümüş zinətlər, xalçaçılığa aid eksponatlar və s incəsənət nümunələri qorunaraq saxlanılır. Sayad müəllim vaxtaşırı muzeylə şagirdləri tanış edir, onlara eksponatlar haqqında müfəssəl məlumatlar verir. Sayad müəllim muzeyi hər gün yeni tapdığı incəsənət nümunələri ilə yeniləyir. İstəkli izləyicilər! 99 saylı tam orta məktəbin tarix müəllimi Sayad müəllim və şagirdləri Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş, Tarix Diyarşünaslıq Muzeyi ilə bağlı hazırladıqları slayd video ilə mütləq tanış olun! Çox maraqlıdır...
Sayad Rəfiyevlə Əlaqə Tel.... 050-625-60-28
Zamin Zeynal Xalqinfo.az


Geri qayıt