DataLife Engine > Xəbər > Nəqliyyat Nazirliyində vacib

Nəqliyyat Nazirliyində vacib


30-04-2015, 13:32. Yerləşdirdi: Kainat Nəqliyyat Nazirliyində “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq məqsədilə Bakı şəhərində avtobus və taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən iri daşıyıcılarla görüş keçirilib.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı sərnişindaşıma xidmətlərinin mövcud vəziyyəti və çatışmazlıqlar daşıyıcılarla ətraflı müzakirə edilib.

Çatışmazlıqların aradan qaldırılması, həmçinin tətbiq olunan yeniliklər barədə rəy və təkliflər dinlənilib.

Oyunlar zamanı nümunəvi xidmətin təşkili məqsədilə nazirliyin aidiyyəti struktur bölmələrinə və daşıyıcılara müvafiq tapşırıqlar verilib.
Geri qayıt