DataLife Engine > Xəbər > 2 piyadanı maşın vurub öldürdü

2 piyadanı maşın vurub öldürdü


10-04-2015, 10:54. Yerləşdirdi: Esi 2 piyadanı maşın vurub öldürdüAprelin 9-da Azərbaycan yollarında baş vermiş yol qəzaları iki nəfərin həyatına son qoyub. lent.az-ın məlumatına görə, Abşeron rayonunda və Hacıqabulda avtomobillər piyadaları vuraraq öldürüb. Abşeron rayonunda ölümlə nəticələnən qəzaya səbəb olan “VAZ 2106” müəyyən edilsə də, Hacıqabuldakı qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşıb.

Ümumilikdə aprelin 9-da ölkədə 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.
Geri qayıt