DataLife Engine > Xəbər > Azərbaycanda ilk televiziya yayımından

Azərbaycanda ilk televiziya yayımından


14-02-2015, 09:35. Yerləşdirdi: Tural Azərbaycanda ilk televiziya yayımından
Bu gün Azərbaycanda televiziyanın ilk dəfə efir faəliyyətinə başlamasının 59-cu ili tamam olur.

ans press-in məlumatına görə, müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən televiziya respublikada 1956-cı il fevralın 14-də yayıma başlayıb.

İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb.

Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra -1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlandı.
Geri qayıt