» » Deputatdan təklif: Ordumuz

Deputatdan təklif: Ordumuz hücüma kecməlidir

Bölmə: Xəbər, BLOK XƏBƏR
Deputatdan təklif: OrdumuzAzərbaycan Ordusu hərbi əməliyyat keçirərək Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməlidir.

xalqinfo.az bildirir ki, bunu Trend-ə açıqlamasında deputat Bəxtiyar Əliyev deyib.

B.Əliyevin sözlərinə görə, bu “məhkəmə qərarı” artıq əsas verir ki, Azərbaycan Ordusu bir əməliyyat keçirib onları terroristlərdən azad etsin: "Necə ki, ABŞ dünyanın müxtəlif ölkələrində əməliyyat keçirib öz adamlarını azad edir, Azərbaycan da belə etməlidir. Əgər dünya buna göz yumursa və bu teatrı qəbul edirsə, bu, artıq heç bir standart deyil. Bu, artıq vəhşilikdir, vandalizmdir. Bunun da qarşısını Azərbaycan Ordusu almalıdır".

Deputat bildirib ki, əslində bu bu cür teatrın qurulmasının təşkilatçıları Minsk qrupunun həmsədrləridir: "Onlar rəvac veriblər ki, bu cür oyun oynanılsın. Bu, birmənalıdır. Əgər onlar beynəlxalq normaları, insan hüquqlarını bu qədər tapdalayan hərəkətə göz yumurlarsa, deməli, onların bu ssenarisinə onlar rəvac veriblər. Amma Azərbaycan öz ərazisində dövlət təhlükəsizliyi, əhalinin təhlükəsizliyi üçün kiminləsə bağlı hər hansı bir tədbir görəndə bəyanatlarla çıxış edirlər və ölkənin daxili işlərinə qarışırlar. Minsk qrupunun missiyası ondan ibarətdir ki, qarşılıqlı inam yaratsınlar, amma bunun əvəzində onlar bu cür oyunlara rəvac verirlər".

Xatırladaq ki, ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Trend-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “məhkəmə” bu gün başa çatıb.

Separatçı rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə “prokuror” Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler