» » NMR-ın inzibati bölgüsündə dəyişiklik edildi - Sərəncam

NMR-ın inzibati bölgüsündə dəyişiklik edildi - Sərəncam

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
NMR-ın inzibati bölgüsündə dəyişiklik edildi - SərəncamAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi və Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin.

Maddə 2. Göynük və Nəhəcir kənd inzibati ərazi dairələri Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilsin.

Maddə 3. Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Babək rayonunun inzibati ərazisinə birləşdirilsin"
Mənbə
Bizimyol.info

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler