» » Broylerdən təhlükə

Broylerdən təhlükə

Bölmə: Xəbər
Broylerdən təhlükə


"Broyler toyuqlarında istifadə edilən antibiotiklər insan sağlamlığını təhdid edir. Yoxlamalar AB səviyyəsinə gətirilməlidir".
Xalqinfo.az-ın məlumatına görə, bunu Türkiyə ekologiya və istehlakçı hüquqlarının qoruma dərnəyinin rəhbəri Mustafa Göktaş deyib.

O, insanları bilinməyən yerdən broyler toyuğu almamağa çağırıb. Göktaş qeyd edib ki, mütləq toyuğun markasına, istehsal və son istifadə tarixinə baxılmalıdır:

"Türkiyədə son 20 il ərzində artan toyuq istehsalının iqtisadi baxımdan sevindiricidir, ancaq istehsalda istifadə edilən antibiotiklərin insan sağlamlığına mənfi təsiri də bir gerçəkdir. Antibiotiklərdən yanlış istifadə həyatımızda mənfi fəsadlar yarada bilər. Broyler toyuqlar artdıqca bazarda bu işdən daha çox pul qazanmaq ehtirası artdır", - deyə dərnək rəhbəri bildirib.

Mustafa Göktaş bildirib ki, broyler toyuqlara ciddi nəzarət edilməlidir. Onun sözlərinə görə, toyuğa vurulan insan həyatına təhlükəli maddələrin istifadəsi yoxlanılmalıdır.
Mənbə

ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler