Oğru dəstə zərərsizləşdirirldi (VİDEO)Şəki polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 14-dən çox evi, bir neçə mağaza və digər obyektləri qarət edən 5 nəfərdən ibarət dəstə saxlanılıb. ANS TV-ə istinadən xəbər verir ki, dəstə üzvləri, 3 il ərzində 14 evi qarət edərək külli miqdarda pul, qızıl-zinət əşyaları, müxtəlif elektron və məişət avadanlıqları oğurlayıblar. Dəstə ümumilikdə Şəki sakinlərinə təxminən 40-50 min manat məbləğində ziyan vurub. Dəstə üzvləri olan rayon sakinləri, 29 yaşlı Şahmar Abdullayev, 27 yaşlı Pərviz Mahmudov və Tural Musayev, 36 yaşlı Tapdıq Əliyevin həm də narkotik aludəçisi olduqları bildirildi. Onlardan 3-ü əvvəllər də məhkumluq həyatı yaşayıb. Polis saxlanılan şəxslərin başqa cinayət əməllərində iştirakı olub olmadığını araşdırır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|