» » Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Bölmə: Xəbər
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı




Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial mediada məlumat yayıb.

Nigar Həzi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində atası ilə görüşdüyünü bildirib:

“Sadəcə mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim. O da bununla razılaşdı və aclığı dayandırdı. Həkim Adil Qeybulla indi Tofiq Yaqublunun yanındadır”.

Xatırladaq ki, bu gün Tofiq Yaqublunun aclıq aksiyasına başlamasının 40-cı günü idi.

Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler