“Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”Bölmə: Xəbər
![]() “Ümumiyyətlə, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin səhhəti ilə bağlı ciddi problem varsa, bununla bağlı müvafiq qurumlara müraciət edilməlidir”. “Xalqinfo” xəbər verir ki, bunu “Gununsesi.info”ya Əfv Məsələləri Komissiyasının üzvü, deputat Fazil Mustafa həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və jurnalist Əvəz Zeynallının səhhəti haqda danışarkən deyib. Millət vəkili qeyd edib ki, xüsusi ixtisaslaşmış tibbi qurumlar tərəfindən rəy bildirildikdən sonra, əgər xəstəlik əlamətləri kifayət qədər ciddidirsə, ona reaksiya verilməlidir: “Ona görə də ciddi xəstəlik əlamətləri varsa, bununla bağlı müraciət etsinlər. Bütün hallarda insanın sağlamlığı və yaşamaq hüququ hər şeydən öndədir. Biz bir çox hallarda Əfv Məsələləri Komissiyasında ağır xəstəliyi olan şəxslərin sağalmasında, müalicəsində problem varsa, onların vaxtından əvvəl azadlığa buraxılması məsələsini gündəmə gətiririk. İndi yəqin əfv qaydasında bunu etmək mümkün deyil, çünki çəkilən cəzanın müddəti qanunvericiliyə görə ağır cinayətlərdə yarı müddətdən artıq olmalıdır”. F.Mustafa əlavə edib ki, digər hallarda müvafiq tibbi qurumların və Penitensiar Xidmətin müəyyən araşdırmasından sonra bu mümkün ola bilər: “Hər halda bütün insanlara qarşı humanizmin tətbiq olunması hər zaman faydalıdır və ümid edirəm ki, bu məsələ müvafiq peşəkar tibbi ekspertizadan keçəndən sonra müvafiq qərar verilə bilər. Bu məsələ digər şəxslərə, o cümlədən Əvəz Zeynallıya da aiddir. Əgər doğrudan da səhhətlərində belə bir problem varsa, ən azı müalicə üçün şərait yaradılmalıdır. Əgər xəstəlikdə müalicə üçün hansısa kənarda ediləcək zəruri addımlar varsa, bu istiqamətdə də müəyyən qərarlar qəbul edilə bilər”. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|