» » Şabrançayda meyiti tapılan 2 nəfərin kimliyi bilindi -

Şabrançayda meyiti tapılan 2 nəfərin kimliyi bilindi - Yenilənib

Bölmə: Xəbər
Şabrançayda meyiti tapılan 2 nəfərin kimliyi bilindi -




Aprelin 16-sı Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində 2 nəfər batıb.

“Xalqinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

***

APA-nın məlumatına görə, meyiti tapılan şəxslər Şirvan şəhər sakini 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov və Salyan rayon sakini 63 yaşlı Etibar Hafiz oğlu Nağıyevdir.

Onların “Siyəzən Oil” neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, hər 2 şəxs işə gedən zaman selə düşüb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler