Nazirimiz Baydenlə görüşdüBölmə: Xəbər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezident Co Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib. “Xalqinfo” xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X”də paylaşım edib. Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub. |
|