Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldıBölmə: Xəbər
Əfqanıstanda saqqal saxlamaq istəməyən 280-dən çox polis əməkdaşı işdən çıxarılıb. Xalqinfo.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb. Qeyd olunub ki, ölkədə “islam qanunları”na və əfqan adət-ənənələrinə əməl olunması uğrunda aparılan “mübarizə” çərçivəsində 2023-cü ildə ölkədə “qeyri-etik hərəkətlərə” görə 13 mindən çox insan saxlanılıb, onların yarıdan çoxu məhkəmə qarşısına çıxarılıb. |
|