Səsiniz məsuliyyətimdir! - Yeganə Mirzəyeva+ FotoBölmə: Xəbər
Yeganə Mirzəyeva - Bakı Dövlət Universiteti, "İslamşünaslıq" ETM-nin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru və 2 ictimai birliyin təsisçisi Yeganə Mirzəyeva 32 saylı Suraxanı 3-cü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Yeganə Mirzəyeva 17 kitab, 30-dan çox məqalə və 20-dən çox tezisin müəllifi olmaqla yanaşı, 2018-ci ildən “Cığır” İctimai Birliyinin təsisçisi və aparıcı üzvüdür. Onun liderliyi ilə həyata keçirilən çoxsaylı sosial layihələr, xüsusilə ailə, təhsil və qadınların hüquqları sahəsində cəmiyyətə böyük töhfə vermişdir. Yeganə Mirzəyevanın rəhbərliyi altında son beş ildə müxtəlif ictimai fəaliyyətlər həyata keçirilmişdir. O, atası dünyasını dəyişmiş uşaqlara və aztəminatlı ailələrə dəstək göstərməklə yanaşı, sosial sahibkarlıq sahəsində mühüm layihələr həyata keçirmişdir. Onun həyata keçirdiyi layihələr çərçivəsində 200-dən çox tələbə təqaüd qazanmış, 500-dən çox ailə sosial-mənəvi dəstək almış və 1660 atası dünyasını dəyişmiş uşaqlar himayəyə götürülmüşdür. Həmçinin 13 yeni sosial sahibkarlıq müəssisəsi yaradılmış və 150-dən çox ailə başçısını itirmiş qadınlar yeni iş və peşə bacarıqları qazanmışdır. Yeganə Mirzəyeva millətin güvən və etimadı ilə seçildiyi halda, aşağıda qeyd olunan sahələrdə dəyişikliklər etməyi hədəfləyir: Sosial Rifah: Çoxsahəli, genişmiqyaslı tələbə təqaüdü proqramlarının artırılması, sosial problemlərin həllində vətəndaş iştirakçılığının artırılması. Elm və Təhsil: Təhsil sisteminin təkmilləşdirilməsi, düşünən nəsillərin yetişdirilməsi və tədris prosesində Nizami, Füzuli, H.Cavid kimi dühaların irsinin qorunması. Gənclərlə İş: Gənclərin sosial fəaliyyətlərdə və layihələrdə iştirakının artırılması və onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi. Mədəniyyət : Əmircan, Bülbülə və digər ərazilərin tarixi yerlərinin qorunması və onların tanıdılması istiqamətində tədbirlərin həyata keçirilməsi. Ekoloji Sahə: Ekoloji dəyişikliklərə qarşı fəaliyyətlərin artırılması və fərdi səviyyədə iştirakın təmin edilməsi. Zərərli Vərdişlərlə Mübarizə: Geniş miqyaslı maarifləndirmə kampaniyalarının və hüquqi tədbirlərin həyata keçirilməsi. Yeganə Mirzəyeva millət vəkilliyinə namizədliyini sosial məsuliyyəti ilə xalqın rifahını yaxşılaşdırmaq üçün irəli sürür və seçkilərdə dəstəyinizi gözləyir. Yeganə Mirzəyeva haqqında daha ətraflı məlumat əldə etmək üçün onun rəsmi sosial şəbəkə hesablarına və veb saytına müraciət edə bilərsiniz. 1 Sentyabr 2024-cü il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər günüdür! |
XƏBƏR LENTİ
01.09.24 22:06 | Parlament seçkilərinin növbəti “Exit poll” nəticələri - Siyahı
21.08.24 12:41 | Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldı
13.08.24 12:23 | Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti qəbul etmədi
12.08.24 15:33 | Elmar Məmmədyarov Rusiyaya səfir gedir?
12.08.24 15:28 | Ən çox şikayət edilən bankların SİYAHISI
12.08.24 15:26 | Kurskda rus qadının Ukrayna əsgərinə bu sözü şoka saldı
12.08.24 15:21 | Rus hərbçiləri Ukrayna ordusuna kütləvi şəkildə təslim olub
12.08.24 15:13 | ABŞ və İngiltərə Yəməni vurdu
12.08.24 15:12 | Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi
12.08.24 15:06 | Prezidentdən başsağlığı
12.08.24 15:04 | Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
|