» » Kamran Əliyev Kadir Özkaya ilə görüşdü

Kamran Əliyev Kadir Özkaya ilə görüşdü

Bölmə: Xəbər, MANŞET
Kamran Əliyev Kadir Özkaya ilə görüşdü




Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.

Xalqinfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşdə deyib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. 2021-ci ildə Bakıda təsis edilmiş TDT Baş Prokurorlar Şurasının bu ilin 25 iyul tarixində Bişkekdə sayca üçüncü iclasının keçirilməsi hüquq-mühafizə orqanlarımız arasında davamlı və səmərəli fəaliyyətin bariz nümunəsi olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kadir Özkaya iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin yüksək səviyyədə olmasından bəhs edib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı iştirak edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler