» » "Avtoş Dönər” bağlandı - Ətdə bağırsaq çöpü aşkarlanıb

"Avtoş Dönər” bağlandı - Ətdə bağırsaq çöpü aşkarlanıb

Bölmə: Xəbər
"Avtoş Dönər” bağlandı - Ətdə bağırsaq çöpü aşkarlanıb


Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Məmmədov Bəhlul Sərvər oğluna məxsus “Avtoş Dönər” iaşə obyektində bir sıra nöqsanlar müəyyən olunub.

Qurumdan Xalqinfo.az-a verilən məlumata görə, yoxlama zamanı qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin normativ tələblərin pozulduğu məlum olub. Müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.
Ətraflı

Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası (E.Coli) aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

"Avtoş Dönər” bağlandı - Ətdə bağırsaq çöpü aşkarlanıb
"Avtoş Dönər” bağlandı - Ətdə bağırsaq çöpü aşkarlanıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler