Merihin heykəli ucaldılacaqBölmə: Xəbər, BLOK XƏBƏR
![]() Türkiyədə Merih Demiralın heykəl ucaldılacaq. “Xalqinfo” xəbər verir ki, Bolu Bələdiyyə Başçısı Tanju Özcan “bozqurd” işarəsi üçün UEFA-nın milli futbolçunu 2 oyunluq cəzalandırılmasına reaksiya verib. Özcan cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib: “Bu cəzanın qarşısını ala bilmədiyi üçün Futbol Federasiyasını lənətləyirəm”. Boluda “bozqurd” işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Tanju Özcan, “Gəlsin Avropa məni də cəzalandırsın” deyib. |
|