» » Hərbçimiz qətli xidməti silahla törədibmiş

Hərbçimiz qətli xidməti silahla törədibmiş

Bölmə: Xəbər, Kriminal
Hərbçimiz qətli xidməti silahla törədibmiş




Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.

Xalqinfo.az Oxu24.com-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs 21 yaşlı İsmayıl Allahverdiyev Bakıda Daxili Qoşunlarda xidmət edirmiş. Qətli də xidməti silahla törədib.

Məlumata görə, hadisədən bir müddət öncə tərəflər arasında yaşadıqları kənddə əlbəyaxa dava olub. Həmin davadan sonra onlar arasında münasibət daha da kəskinləşib.

Öldürülən şəxs Tural Kosayev qətli törədən İsmayıl Allahverdiyevə zəng edib və onu görüşə çağırıb.

Nərimanov rayonu ərazisində yerləşən "Metro Park" ticarət mərkəzinin qarşısında onlar mübahisə ediblər. Tural Kosayev İsmayıl Allahverdiyevə nalayiq ifadələr işlədib.

Bu zaman İsmayıl xidməti silahı ilə havaya bir neçə atəş açıb. Daha sonra Tural Kosayevin baş və sinə sinə atəş açaraq onu qətlə yetirib. Sonuncu yerindəcə keçinib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler