» » Bayram Bayramovu qətlə yetirən şəxs bu qədər cəza aldı

Bayram Bayramovu qətlə yetirən şəxs bu qədər cəza aldı

Bölmə: Xəbər
 Bayram Bayramovu qətlə yetirən şəxs bu qədər cəza aldı




Ötən ilin iyun ayında Biləsuvar rayonunda keçmiş polis əməkdaşı 1983-cü il təvəllüdlü Bayram Bayramovu balta ilə qətlə yetirən Fəxrəddin Həsənovun məhkəməsi başa çatıb.

Xalqinfo.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1971-ci il təvəllüdlü F.Həsənov Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə, qanunsuz azadlıqdan məhrumetmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinib. Məlum olub ki, Fəxrəddin Həsənov ailədə həyat yoldaşına qarşı da bir neçə dəfə zorakılıq əməlləri törədib.

Hadisəyə gəlincə, F.Həsənov yaşadığı qəsəbənin ərazisindəki çayxanada Bayram Bayramova qəfil yaxınlaşaraq balta ilə onun başına zərbə endirib. Ağır xəsarət alan 40 yaşlı keçmiş polis əməkdaşı hadisə yerində ölüb.

Məhkəmədə sənədlərin araşdırılması zamanı qətlə yetirilən B.Bayramovun hadisədən əvvəl daxili işlər orqanlarından xaric edilməsi də məlum olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Həsənova 19 il həbs cəzası verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler