» » Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - Foto

Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - Foto

Bölmə: Xəbər
 Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - Foto




İyunun 15-i Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfərdən biri ötən gün Qəbələdən Bakıya helikopterlə təxliyə olunub.

Xalqinfo.az-ın məlumatına görə, onun (1999-cu il təvəllüdlü qadın) açıq kəllə-beyin travması, beyindaxili qansızma, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu ilə vəziyyəti kritik-ağır olaraq qiymətləndirilib.

Həmin şəxs xarici vətəndaş olub, daha ixtisaslı tibbi yardım üçün TƏBİB və Fövqəladə Hallar Nazirliyinin birgə səyi nəticəsinə 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının nəzarəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib.

Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin vəziyyətini nəzarətdə saxlayıb.




 Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - Foto


 Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - Foto


 Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler