» » Sumqayıtda qanunsuz tikili söküldü

Sumqayıtda qanunsuz tikili söküldü

Bölmə: Xəbər
  Sumqayıtda qanunsuz tikili söküldü




Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Sumqayıtda qanunsuz tikilini söküb.

Bu barədə Xalqinfo.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler