Zakir Həsənov bu generala yüksək vəzifə verdiBölmə: Xəbər
![]() Vətən Müharibəsi Qəhrəmanına yeni vəzifə verilib. Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Quru Qoşunları Komandanının müavini, general-mayor Zaur Zeynalov Azərbaycanın Türkiyədəki səfirliyində hərbi attaşe təyin edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Zeynalova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. |
|