» » Mikayıl İsmayılovun oğlunu ittiham edən qız həbs edildi

Mikayıl İsmayılovun oğlunu ittiham edən qız həbs edildi

Bölmə: Xəbər
Mikayıl İsmayılovun oğlunu ittiham edən qız həbs edildi




SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı ittihamlar səsləndirən keçmiş sevgilisi Fidan İsmayılzadə hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Gününsəsi.info-ya Fidan İsmayılzadənin yaxınları bildirib.

Qeyd edək ki, Fidan İsmayılzadə mediaya müsahibəsində vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edərək, ona atalıq hüququ verməməsindən şikayətlənirdi.

Fidan İsmayılzadə açıqlamasında müəyyən vədlərlə aldadıldığını deyib. Bildirib ki, bu prosesdə vəkili Adəm Məmmədov da iştirak edib.

Onun sözlərinə görə, vəkil vasitəsi ilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler