» » Zakir Nuriyev: "Azərbaycanda rəqəmsal bankların formalaşdırılması üzrə qanunvericilikdə dəyişiklik edilməlidir"

Zakir Nuriyev: "Azərbaycanda rəqəmsal bankların formalaşdırılması üzrə qanunvericilikdə dəyişiklik edilməlidir"

Bölmə: Xəbər
 Zakir Nuriyev: "Azərbaycanda rəqəmsal bankların formalaşdırılması üzrə qanunvericilikdə dəyişiklik edilməlidir"






Zakir Nuriyev: Azərbaycanda rəqəmsal bankların formalaşdırılması üzrə qanunvericilikdə dəyişiklik edilməlidir
Azərbaycanda açıq bankçılıq texnilogiyasına əsaslanan ödəniş xidmətlərinin göstərilməsi, elektron pulun tətbiqi dairəsinin genişləndirilməsi təmin edilməlidir.

Xalqinfo.az "Report"-a istinadla xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev bu gün Bakıda keçirilən Fintex Sammində deyib.

Onun sözlərinə görə, növbəti strateji dövrdə innovativ həll və texnologiyalarla bağlı qarşıya qoyulan prioritet hədəflərinə nail olunması məqsədilə rəqəmsal bankların formalaşdırılması üzrə qanunvericilik islahatlarının aparılması təmin olunmalıdır.

"Həmçinin, mövcud ödəniş ekosisteminin qonşu dövlətlərin ödəniş ekosistemi ilə inteqrasiya əlaqələri daha da dərinləşdirilməlidir. Bu istiqamətdə mühüm addımlardan biri də ödəniş xidmətləri bazarında xərc maddələrinin optimallaşdırılması, beynəlxalq ödəniş sistemi tərəfindən tətbiq edilən tarif siyasətinin səmərəliliyinin və ekosistem iştirakçıları üçün əlverişliliyin yüksəldirməsidir", - Z. Nuriyev bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler