» » İlk gözlərin yadıma düşür

İlk gözlərin yadıma düşür

Bölmə: Xəbər
İlk gözlərin yadıma düşür
























Səni düşündüyümdə
İlk gözlərin yadıma düşür
Sonrada səsin sənin
Sonrada səsindəki,
O, sənə özəl olan sevinc dolu həyəcan!!
Məni səslədiyində sən...
Səsinə, sözunə, gözunə qurban...

O doğma baxışın amandir,
Ay can...
Məhv edir bütövluklə aramızdakı olan uzaqliqları!
Sındırır sərhədləri
Keçir dərin dərələri, aşir uca dağlari!!

Nədir səndəki olan, bu möhtəşəm cazibə?!
Bu boyda cəsarətə illət nədirmi səndə?!
Bu gün qəsd edibdirsə bizə çoxlu nədənlər,
Nədənsiz, sabahimiz vüsal olacaq sonunda?!

Albət urəklərimiz sarmaşmiş bir birinə!!
Xəritənin üstündə bölünmüş vətən sayaq!!!
Dayansada aramızda-
Tikanli məftillər kimi,
Bu ayriliq,
Bu həsrət-
Olsa taleyimizdə qovuşmamaqda hatta
Yetər bizə sevgimiz,bizə yetər məhəbət!!

Sən mənim dərmanımsan-
Ən dərin yaram olduğuna rağmən, sən özun!!!
Varlığınla məni var edən tək sənsən,
Necə görməyim axı səni,
Hər yerdə, hər an- hər saat,
Hər kəsə baxdığımda
Axi, görduyum tək sənsən, iki gözum!!!

Könlumu aram edən,
Ey mənim olmayanim!!
Ən uzaq yaxinimsan sən
Könlum təşvişə duşduyundə-
Ey kənarimda ola bilməyənim!!

Bir gün birləşəcəyik səninlə,
İkiyə bölunmüş bir məmləkət sayaq!!
Urəklərimiz birləşəcəkdir o gün,
Sevgimiz tarixə yazilacaqdir
Kitab_kitab
Varaq_varaq...

Yaz_bahar
Məryəm Səfəvi


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler