General Əsədullayev vəfat etdiBölmə: Xəbər
![]() Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi, polis general-mayoru Şərif Əsədullayev vəfat edib. “Qafqazinfo” xəbər verir ki, generalın ölümü haqda yaxınları məlumat yayıb. General Əsədullayev 69 yaşında dünyasını dəyişib. Qeyd edək ki, 2014-cü ildə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilən Ş.Əsədullayev 2017-ci ildə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Mərhum general Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşı idi. |
|